Metropolitenin daha bir stansiyasında təmir başladı

15.02.2016 16:17     Sosreaksiya     904

Keçidin divarlarını stansiyanın adına uyğun tematik lövhələr bəzəyəcək.

Bakı Metropoliteninin "Neftçilər" stansiyasının keçidləri təmir olunur. Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, keçid divarlarını stansiyanın adına uyğun tematik lövhələr bəzəyəcək.

Bakı metropoliteni stansiyalarının zahiri görkəmində aşkar qüsurlar, tökülmək təhlükəsi yaranmış plaftorma, yol və keçidlərində müvafiq təmir işlərinin aparılmasına davam etdirilir.

Hazırda "Neftçilər" stansiyasının 2-ci vestibülünün keçidlərinin divarlarında istismar müddətini başa vurmuş örtük sökülür. Yeni layihəyə əsasən, keçidlərin divarlarında stansiyanın adına uyğun mozaik lövhələrin yaradılması nəzərdə tutulub.

Bu işlər yekunlaşdırıldıqdan sonra birinci vestibülün keçidlərinin təmirinə başlanılacaq. Təmir zamanı sərnişinlərin keçidlərdən istifadə olunmasına hər bir şərait yaradılıb.

"Neftçilər" stansiyasının keçidi
"Neftçilər" stansiyasının keçidi

"Bakı Metropoliteni" QSC sədrinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq "Nizami" stansiyasının qatar yolu divarlarında mərmər örtüyün dəyişdirilməsinə də başlanılıb. 2-ci yolun köhnə mərmər örtüyü artıq sökülüb. Növbəti mərhələdə tor şəbəkə qurulacaq və yeni mərmər təbəqənin yığılmasına başlanılacaq.

Ötən il təmir edilmiş "İnşaatçılar", "Nərimanov" və "Gənclik" stansiyalarının keçidləri əsaslı təmir edilərək tam yenilənmiş görkəmi ilə sərnişinlərin istifadəsinə verilib. Hətta "Nərimanov" və "Gənclik" stansiyalarının keçidləri metropolitenin bir sıra sosial layihələrinin keçirildiyi məkana da çevrilərək sərnişinlərin rəğbətini qazanıb.

"Neftçilər" stansiyasının keçidi

 

Şərhlər

Çox oxunanlar