TQDK-nın Apellyasiya Şurası yaradılıb

15.02.2016 16:21     Sosreaksiya     844

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin əmri ilə komissiyanın Apellyasiya Şurası yaradılıb.

 

TQDK-nın mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, yeddi üzvdən ibarət olan Apellyasiya Şurasının tərkibinə TQDK-nın sədr müavini, şöbə müdirləri və Regional bölmələrinin rəhbərləri daxil ediliblər.  

 

Qeyd olunub ki, “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”yə uyğun olaraq, Apelyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı verilmiş şikayətlər üzrə TQDK-nın qəbul etdiyi qərarlardan, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən həmin şəxslərin Apellyasiya Şurasına verdiyi şikayətlərə baxacaq. 

 

TQDK bu addımı “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə atıb.

Şərhlər