Türkiyə səfirliyinin maşını qəzaya düşdü - BAKIDA

15.02.2016 16:36     Sosreaksiya     930

Bakının Nəsimi rayonunda diplomatik nümayəndəliklərdən birinə məxsus avtomobil qəzaya düşüb. 

 Reaksiya.info  “Report”a istinadən xəbər verir ki, Bakıxanov küçəsi ilə hərəkət edən Sumqayıt şəhər sakini Samir Salehovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Türkiyə səfirliyinə məxsus naməlum sürücünün idarə etdiyi “Hyundai Tucson” markalı avtomobil toqquşub.

 

Hər iki avtomobil əzilib, ağır xəsarət alan olmayıb.

 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar