Sevdiyi qızın anasını öldürən müəllim özünü yandırdı
15.02.2016 21:41 Sosreaksiya 1376
Çingiz Şıxverdiyev 2012-ci ildə həbsxanadan azadlığa çıxıb.
Bu gün Qusarın Uqur kəndində intihar hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, kənd sakini 1967-ci il təvəllüdlü Çingiz Şıxverdiyev 15:00 radələrində özünü yandıraraq həyatına son verib.
Hadisə yerinə gələn Qusar rayon polis rəisi bildirib ki, mərhum 15 il məhkumluq həyatı yaşayıb. Verilən məlumata görə, kənd məktəbində bir vaxtlar dil-ədəbiyyat müəllimi işləyən Çingiz Şıxverdiyev 1998-ci ildə dərs dediyi şagirdi ilə evlənmək istəyib.
Lakin qızın anası buna mane olub. Elə buna görə də sevdiyi qızın anasını qətlə yetirən müəllim 15 illik həbs cəzasına məhkum edilib.
O, 2012-ci ildə azadlığa çıxıb. Hazırda intiharın dəqiq səbəbləri araşdırılır.
Şərhlər