Oğulun kəsdiyi ağac atanın həyatını bitirdi

15.02.2016 23:23     Sosreaksiya     1293

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 

APA-nın xəbərinə görə,  hadisə bu gün axşam saatlarında Göyçayın Bəydövül kəndində qeydə alınıb. Kənd sakini, 1947-ci il təvəllüdlü Xudiyev Əli Əlibala oğlu yaşadığı evin həyətində kəsilərək yerə yıxılan qovaq ağacının altında qalaraq ölüb
      
İri gövdəli ağac Əli Xudiyevin oğlu və qonşuların birgə iştirakı ilə kəsilib. Onlar 69 yaşlı kişinin bağda gəzişərək kəsilən ağaca yaxınlaşmasından xəbərsiz olublar və qəflətən yıxılan ağac bədbəxt hadisəyə səbəb olub.
 
Mərhumun meyidi müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar