Radar var, nişan yoxdur - VİDEO

15.02.2016 23:31     Sosreaksiya     877

Paytaxtın Nobel prospektində bir neçə radar quraşdırılsa da yolboyu bunu bildirən nə məlumat lövhəsi var, nə də hərəkət sürətini göstərən nişan. Sürücülər isə bu haldan narazıdır. Milli.Azxezerxeber.com-a istinadən xəbər verir ki, onlar bu prospektdə hərəkət sürətinin artırılmasını istəyirlər.

Eyni istiqamətə 4 hərəkət zolağı olan prospektdə radar quraşdırılsa da bunu bildirən işarə yoxdur. Bakıda enli və yer üstü piyada keçidləri olan Nobel prospektində sürücülər hərəkət sürətini də seçə bilmir. Çünki, yol boyu hərəkət limini göstərən nişan da yoxdur.

Ekspertlər hesab edir ki, yol hərəkəti haqqında qanunun 50 -ci maddəsini əsasən yaşayış məntəqələrində radar quraşdırılıbsa 50-200 metr məsafədə ya məlumat stendi ya da maksimum hərəkət sürətini göstərən nişan vurulmalıdır. Şəhər daxili yollarda hərəkət sürəti 60 olduğundan sürücülər, avtomobili makisumum saatda 60 km- lə sürməyə məcbur olur.

Ekspertlər bu prospektdə sürətin artırılmasının mümkün olduğunu, amma bundan əvvəl yol hərəkətinin təhlükəsizliyi komisyası tərəfindən araşdırmaların aparılmasını vacib hesab edir.

Əraziya nişanların quraşdırılması ilə bağlı isə Baş Dövlət Yol Polis idarəsi yanında Siqnal idarəsinin rəisi Məhəmməd Məmmədov bildirir ki, müvafiq orqanlar tərəfindən mürəaciət edilərsə nişanlar quraşdırıla bilər.

Şərhlər

Çox oxunanlar