Kürdəmirdə "Mercedes"lə “VAZ” toqquşdu: 3 yaralı

16.02.2016 00:02     Sosreaksiya     1053

Kürdəmirdə 3 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu- Kürdəmir- İmişli yolunun Kürdəmir rayonunun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.

 

Fizuli rayon sakini, 32 yaşlı Elşad Adil oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Beyləqan rayon sakini, 30 yaşlı Rəşad İsmayıl oğlu İsmayılzadənin idarə etdiyi "VAZ-2106" markalı maşın toqquşub.

 

Nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüsü və" VAZ" markalı maşında olan sərnişin, sürücünün həyat yoldaşı 24 yaşlı Xavər Sübhi qızı İsmayilzadə  aldıqları xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

 

Həkimlər yaralıların vəziyyətini orta-ağır qiymətləndirirlər. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar