Keçən ay itkin düşən şəxsin meyiti tapılıb

16.02.2016 12:31     Sosreaksiya     1138

Bakı. 16 fevral. REPORT.AZ/ Keçən ay itkin düşən şəxsin meyiti tapılıb.

"Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında bildirilir.

Belə ki, fevralın 15-də Kür çayının Zərdab rayonunun Lələağacı kəndinin ərazisindən keçən hissəsində yanvarın 19-da itkin düşən Ağcabədi rayon sakini Qiyas Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır. 

Şərhlər

Çox oxunanlar