Bakıda daha bir polis bölməsinin rəisi dəyişdirilib

16.02.2016 18:11     Sosreaksiya     944

Daxili işlər orqanlarında yeni təyinat olub. 
 
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi Etibar Balakişiyev tutduğu vəzifədən azad edilərək Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
 
Qeyd edək ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi təyin edilib.

Şərhlər

Çox oxunanlar