Facebook öz loqotipində dəyişiklik etdi - FOTO

02.07.2015 13:00     Sosreaksiya     2103

Şrift “daha zərif və incə” olub.

İnternetin nəhəng sosial şəbəkəsi Facebook loqotipini dəyişib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu loqotip dəyişməsi 2005-ci ildən ilkdir.

Yenilik inqilabi xarakter daşımır. Şirkətin ağ hərflərlə göy fonda yazılı adı saxlanılıb.

Amma şrift bir qədər dəyişib və Business Insider-in sözlərinə görə “daha zərif və incə” olub.

“Bizim məqsədimiz şirkətin yeni loqotipinin daha dostcasına və əlçatan görünməsinə nail olmaqdır”, - Facebook-un kreativ direktoru Coş Hiqqins bildirib.

Onun sözlərinə görə, bu işə ilkin olaraq loqotipin yaradıcısı – Erik Olson cəlb edilib.

Şərhlər