Bakıda sərnişin avtobusu qəzaya uğrayıb - VİDEO

18.02.2016 10:39     Sosreaksiya     1590

Bakının Sabunçu rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

 

APA-nın məlumatına görə, 49 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu Ramiz Qəmbərov küçəsi ilə hərəkətdə olarkən əyləc sistemində nasazlıq yaranıb.

 

Bunu görən sürücü sərnişinləri düşürüb. Yol yoxuş olduğundan avtobus arxaya doğru hərəkət etməyə başlayıb. Əyləc işləmədiyindən sürücü maşını saxlaya bilməyib.

 

Avtobusun arxadan gələn avtomobillərə çırpılacağını görən sürücü onu bordürlərə vuraraq saxlamaq istəyib. Lakin yoldan çıxan avtobus aşmaq təhlükəsi ilə üzləşib.

 

Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. Əraziyə ağır texnika cəlb olunub. Texnikanın köməkliyi ilə avtobus çıxarılıb.

 

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Şərhlər

Çox oxunanlar