Sürücülər bu xəbəri mütləq izləsin - VİDEO
18.02.2016 11:03 Sosreaksiya 902
Avtomobilin alqı-satqısı zamanı icbari sığorta müqaviləsini dəyişin. Bu, xüsusilə də satan tərəf üçün belədir. Çünki gələcəkdə problemə və hətta əlavə ödənişlərin edilməsinə səbəb olar bilər.
Buna səbəb Azərbaycanda avtomobillərin icbari sığortası sahəsində bonus və manus, yəni mükafatlandırma və cərimə sisteminin tətbiq edilməsidir. Bu sistemə əsasən, il ərzində qəza və ya qazalar törədmiş sürücü, növbəti il icbari sığortasını alarkən, daha yüksək haqq ödəyir. Bu isə avtomobil alıb icbari sığortasını öz adına keçirməyənlər üçün problem ola bilir.
Bu qayda ilə sığorta haqqı, törədilmiş qəzaların sayından və dəyərindən asılı olaraq 3 dəfə belə artırıla bilər. Məsələn 100 manatlıq sığorta haqqı 300 manatadək yüksələr. Sürücülərin əksəriyyəti qaydalardan xəbərdar olsalar da məsələyə ciddi yanaşmırlar.
İcbari Sığorta Bürosunun icraçi direktoru bununla bağlı çoxsaylı şikayətlərin daxil olduğunu deyir.
Şərhlər