9 gizli iPhone funksiyası ilə həyatınız asanlaşacaq

18.02.2016 13:21     Sosreaksiya     1605

Həyatımızı tamamilə dəyişən Apple məhsulu iPhone‘lar artıq bizim asılılığımıza çevrilib. Gün ərzində dəfələrlə telefonumuzu baxır, nələrisə yoxlayır, müxtəlif məlumatlar oxuyuruq. Biz də bu gün məhz bu smartfon istifadəçilərinin həyatını asanlaşdıracaq gizli funskiyaları sizə təqdim etməyə çalışacağıq.

Olduğunuz yerlərin statistikası

 

Telefonunuzun Settings menyusuna girərək, Privacy> Location Services> System Services> Frequent Locations komandasını tətbiq edib, GPS açıq olduğu vaxtlarda getdiyiniz bütün məkanların siyahısını görə bilərsiniz.

Qısa mesajlara telefon kilidini açmadan cavab verə bilərsiniz

Bu praktik funksiyanı sayəsində ekran kilidini sola doğru sürüşdürərək mesajları birbaşa cavablaya bilərsiniz.

Klaviaturanı trackpad kimi istifadə edə bilərsiniz

Klaviaturanı eynilə Macbook’larda olan trackpad kimi istifadə edə bilərsiniz. Bununla da hər bir şey yazarkən daha asan düzəliş etmək və silmək mümkün olur.

Qrup mesajlarından asanlıqla çıxmaq

 

iPhone’un öz qrup mesajlaşma xidmətindəki qrup mesajlaşmalardan yoruldunuzsa, detallar qisiminə girərək leave conversation seçimi ilə qrupdan asanlıqla çıxa bilərsiniz.

Audio/video mesajların avtomatik silinməsi

Göndərdiyiniz audio/video mesajın qəbul edən adam tərəfindən saxlanılmasını istəmirsinizsə, mesajınız həmin adama çatdıqdan (izlədikdən və ya eşitdikdən) 2 dəqiqə sonra avtomatik silinə bilir. Bu xüsusiyyəti açmaq üçün settings>messages addımlarını izləyib, ekranı aşağı doğru sürüşdürmək lazımdır.

Gələn zənglərə qısa mesajla cavab verə bilərsiniz

Telefonunuz zəng çaldıqda danışmaq üçün uyğun deyilsinizsə, gələn zəngləri açmadan mesajla cavablandıra bilərsiniz. Yoldayam, yığıncaqdayam kimi hazır şablonlardan əlavə, öz yaratdığınız mesajı da əlavə edə bilirsiniz.

Sürətli giriş və axtarış etmək üçün – Spotlight

Spotlight’ı, yəni iOS əməliyyat sisteminin inkişaf etmiş axtarış modulunu birbaşa zəng etmək üçün istifadə edə bilərsiniz. Məsələn, hesablayıcı tətbiqini açmağa ərinirsinizsə nəticəsini almaq istədiyiniz əməliyyatı bura yazaraq sürətlə cavab ala bilərsiniz.

Kalkulyatoru daha effektiv istifadə edə bilərsiniz

 

Adətən hesablayıcı tətbiqində son rəqəmi silmək üçün düymə yoxdur. Ekrandakı rəqəmlər sil düyməsi basıldığında tamamilə silinir. Ancaq bütün rəqəmləri silmək əvəzinə yalnız son rəqəmi silmək üçün swipe left ya da right etmək kifayətdir.

iPhone’u sağlamlıq üçün istifadə edin

Şərhlər

Çox oxunanlar