Arvadına görə cinayət törədən şəxsə - 4 İL 6 AY CƏZA
18.02.2016 17:44 Sosreaksiya 1529
Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən Tural Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən T. Əhmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İlkin Şirinov Tural Əhmədovun həyat yoldaşının telefonunu əlindən alıb. Bunu araşdırmağa gedən T.Əhmədov münaqişə zəminində İ. Şirinovu bıçaqlayıb. T. Əhmədov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.1(qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.
Şərhlər