Bakıda kafedə bıçaqlanma olub - VİDEO

19.02.2016 10:24     Sosreaksiya     1456

Ötən gecə Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, qanlı hadisə rayonun Rüstəm Rüstəmov küçəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə yeyib-içən 37 yaşlı Rəhim Sərxoş oğlu Kazımovla digər müştəri arasındakı mübahisə davaya çevrilib. Mübahisə Rəhim Kazımovun bıçaqlanması ilə nəticələnib. Yaralı xəstəxanaya gətirilib. Çoxsaylı bıçaq xəsarətləri alan yaralı sərxoş vəziyyətdə olub.

 

Əməliyyat olunan yaralının vəziyyətini həkimlər orta ağır kimi qiymətləndirib.

 

Faktla əlaqədar cinayət işi başlanıb.

Şərhlər

Çox oxunanlar