Dünyanın ən ucuz telefonu: - 5 AZN

19.02.2016 14:08     Sosreaksiya     4737

1 milyard 310 milyon əhalisi olan Hindistan ötən günlərdə dünyanın ən ucuz ağıllı telefonunu təqdim edib.

“OpTime” xarici mətbuata istinadən xəbər verir ki, hind xalqı tezliklə 3.74 dollara (5.40 AZN) ağıllı telefon sahibi ola biləcək.

"Apple" və ya "Samsung"un son model cihazlarına yüksək məbləğ ödəmək istəyənlərə şad xəbər. Bu sahədə ötən il addım atan “Ringing Bells Pvt. Ltd” adlı şirkət dünyanın ən ucuz ağıllı telefonu Freedom251-i təqdim edib. 3.74 dollara yəni təxminən 5.40 AZN-ə satılacaq olan cihaz bazardakı nəhəng rəqiblərinin etdiyi bir çox əməliyyatı yerinə yetirir. Telefon “Android Lollipop” əməliyyat sistemi ilə işləyir və 4 düymlük bir ekrana sahibdir. “Facebook”, “WhatsApp” və “YouTube” kimi programlar telefona hazırda yüklənmiş bir şəkildə satılır.

3 MP ön kamera və 3.2 MP-lik arxa kameraya sahib olan Freedom 251, 8GB-lıq yaddaşa sahibdir. Əlavə yaddaş girişinə icazə verən telefon xarici əlavələrlə 32 GB-lıq yaddaşa sahib ola bilir.

Qeyd edək ki, bu telefonu xaricdən alsanız qeydiyyat haqqı əlavə olunduqdan sonra ümumi xərcin 100 manat olması mümkündür.

Şərhlər

Çox oxunanlar