Prezident Aparatında şikayət: - "Elçibəyə deyin, kitabları qaytarsın"

19.02.2016 14:07     Sosreaksiya     1054

1993-cü ildə Prezident Aparatında işləmiş Hacı Hacıyev maraqlı bir xatirəsini bölüşüb.

Lent.az-ın məlumatına görə, H.Hacıyev feysbuk səhifəsində paylaşdığı xatirəsində Əbülfəz Elçibəy barədə yazır:

 

“Söhbət 1993-cü ilin aprel ayından gedir. O vaxt Prezident aparatında çalışırdım. Aparatın kitabxanasının üzvü idim və arabir oradan kitablar götürürdüm. Kitabxananın direktoru təxminən 36-38 yaşlı bəstəboy bir şəxs idi. Günlərin birində, növbəti dəfə kitab sifariş edəndə mənə yaxınlaşıb şikayət elədi ki, prezident Elçibəy iki-üç ay əvvəl oxumaq üçün bir neçə kitab götürüb, amma onların istifadə müddəti bitsə də, hələ qaytarmayıb...”

Şərhlər

Çox oxunanlar