Azərbaycanda qəbul imtahanı keçirildi
02.07.2015 16:18 Sosreaksiya 1728

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 2-də qəbul və buraxılış imtahanları keçirib.
TQDK-nın mətbuat xidmətindən Reaksiya.Az-a verilən xəbərə görə, ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) qəbul imtahanı, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı və eksternat qaydada buraxılış imtahanı keçirilib.
Bütün imtahan mərkəzlərində imtahanlar təlimata uyğun olaraq keçirilib, şagird və abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İyulun 3-dən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq. Nəticələr yaxın günlərdə elan olunacaq. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın “Facebook” səhifəsində yerləşdiriləcək.
Qeyd edək ki, bu imtahanlarda bir düzgün cavab 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticələrinə təsir etmir.
Şərhlər