Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

19.02.2016 16:09     Sosreaksiya     1147

2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı uzadılıb. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulu fevral20-si saat 12.00-dək başa çatacaq.

 

Qeyd edək ki, 10 fevraldan 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu başlayıb. Proses fevralın 19-u başa çatmalı idi. Magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.

Şərhlər

Çox oxunanlar