Həbsdə olan şair şikayət etdi

19.02.2016 17:58     Sosreaksiya     1332

Həbsdə olan şair Saday Şəkərov (Şəkərli) Binəqədi rayon Məhkəməsinin həbs qərarından apelyasiya şikayəti verib.

reaksiyz.info bildirir ki, bu barədə Trend-ə S.Şəkərovun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinə təqdim edilib.

Xatırladaq ki, bundan əvvəl S.Şəkərov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə məhkəməyə müraciət etsə də, məhkəmə müraciəti təmin etməmişdi.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini S.Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, S.Şəkərov Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairdir.

Şərhlər

Çox oxunanlar