Ermənilər məktəbi atəşə tutdu - FOTOLAR

19.02.2016 18:33     Sosreaksiya     1335

Gülləbaran nəticəsində məktəbin binasında yanğın baş verib.

Ermənistan silahlı birləşmələri təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutmağa davam edir.

ANS PRESS-in Qarabağ müxbirinin verdiyi məluymata görə, qarşı tərəf bu dəfə Goranboyun Tap-Qaraqoyunlu kənd məktəbini hədəf alıb.

Gülləbaran nəticəsində məktəbin binasında yanğın baş verib. Ilkin məlumata görə, yanğın binanın dam örtüyündə başlayıb.

Tavan hissə qismən yanıb. Hadisə yerinə Goranboy rayon və Naftalan şəhər yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Şərhlər

Çox oxunanlar