Avtomobil su kanalına düşdü - 4 yaralı

19.02.2016 21:59     Sosreaksiya     987

Lənkəranda minik avtomobili su kanalına düşüb.

Hadisə 21 radələrində Lənkəran- Boradigah şosesinin Gil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hələ ki şəxsiyyəti müəyyən olunmamış sürücü, idarə etdiyi “VAZ-21015” markalı, 44 BB 482 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı su kanalına düşüb.

Nəticədə sürücü daxil olmaqla 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin versiya kimi, qəzanın avtomobilin sürüşkən yolda sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

APA

Şərhlər

Çox oxunanlar