Bakıda intihar edən 23 yaşlı qız hələ də dəfn edilməyib - YENİLƏNİB

19.02.2016 22:05     Sosreaksiya     1559

Gənc qızın intiharı ilə bağlı məlumat toplamaq çətinləşib 
 

 

Fevralın 15-dən 16-na keçən gecə Bakı şəhəri Xətai rayonu ərazisində intihar edən Moldova vətəndaşı, 23 yaşlı Quriya Qlofira hələ də dəfn edilməyib. Lent.az-ın məlumatına görə, özünü Məhəmməd Hadi küçəsindəki çoxmərtəbəli binadan atan gənc qızın meyiti Xətai rayon morqundadır. Ailəsi onu Moldovada dəfn etmək istəsə də, meyiti aparmağa maddi imkanları çatmır.

 

Bu arada Q.Qlofiranın ailə üzvləri intiharla bağlı dindiriliblər. Onlar istintaqa ziddiyyətli ifadələr veriblər. Belə ki, yeni ailə həyatı quraraq Bakıya gələn və burada ərinin ailəsi, eləcə də digər qohumları ilə birgə yaşayan qızın bəzi qohumları onun evdə incidildiyini, bəziləri isə onun başqası ilə münasibətinin olduğunu iddia edib.

 

*****

 

17 fevral

 

Fevralın 16-na keçən gecə Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli binadan özünü ataraq intihar edən 23 yaşlı moldovalı qız Quriya Qlofira barəsində geniş məlumat toplamaq mümkün deyil. Lent.az-ın əldə etdiyi məlumata görə, gənc qızın ailəsi qaraçı xalqına mənsub olduğundan və Azərbaycanda bu dil üzrə peşəkar tərcüməçilərin yox səviyyəsində olması səbəbindən olayın təfərrüatını və səbəbini öyrənmək qəlizləşib.

 

Artıq hüquq-mühafizə orqanları məsələ ilə bağlı Moldovanın Bakıdakı səfirliyinə müraciət edib.

 

Yeni ailə həyatı quraraq Bakıya gələn Q.Qlafiranın meyiti hələ ki, ailəsinə təhvil verilməyib. Onun Bakıda və ya Moldovada dəfn ediləcəyi də hələlik dəqiqləşməyib.

Şərhlər

Çox oxunanlar