İlk əyilən smartfonun prototipi hazır oldu - VİDEO
19.02.2016 22:09 Sosreaksiya 1200
Bir qrup kanadalı tədqiqatçı Android platformasında ilk bükülən smartfonun prototipini yaradıb. Cihazı əymək və səhifələri kitabda olduğu kimi çevirmək mümkündür.
lent.az-ın xəbərinə görə, prototip Kinqston Universitetindəki “Human Media” Laboratoriyasının mütəxəssisləri tərəfindən təqdim olunub. “ReFlex” adlanan smartfonda “LG Display Flexible OLED” sensor ekranından istifadə edilib. Əyilmə həm də onun hesabına əldə edilib ki, bütün elektronika sistemi OLED displeyin kənarlarında yerləşir. Cihazın xarakteristikası tam açıqlanmasa da, onun Android əməliyyat sisteminin 4.4 versiyası əsasında çalışdığı bildirilir.
“ReFlex” real obyektlərin əyilməsini çox uğurla imitasiya edir. Smartfonun sahibinə vibrasiya və səs kömək edir, bunun hesabına smartfon virtual obyektləri real hiss etməyə imkan verir. Əyilmənin köməyi ilə smartfonda oxunan hər hansı yazının səhifələrini kitabda olduğu kimi çevirmək olur. İstifadəçi virtual kitabın səhifələrində adi kitabda olduğu kimi, qeyd və nişan da qoya bilər ki, bu da “Re Flex”i adi smartfonlar və planşetlərdən fərqləndirir.
Yaradıcıların fikrincə, əyilən smartfonlar qarşıdakı 5 ildə əsas trend olacaq.
Qeyd edək ki, smartfon bazarının liderlərindən olan “Samsung” da əyilən smartfonlar layihəsi üzərində çalışır.
Şərhlər