Ov mövsümünün müddəti uzadıldı

20.02.2016 13:55     Sosreaksiya     1052

Bataqlıq qunduzu, çaqqal və yenotun ilboyu ovlanması barədə qərar qəbul edilib.

Ov mövsümünün müddəti uzadılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyininmətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Ov Məsələləri Üzrə Elmi Koordinasiya Şurasının növbədənkənar iclası keçirilib.

İclasda tənzimlənən ov fəaliyyətinin təbiətdə balansın qorunmasında və ziyanverici növlərin sayının azaldılmasında əhəmiyyətli rolu nəzərə alınaraq aidiyyəti mütəxəssislərlə müzakirələr aparılıb. Bir sıra vəhşi quşların (ördək,qaşqaldaq, qaz və s) çoxalma dövrünün daha sonrakı dövrlərə təsadüf etməsi səbəbindən onların ov müddətinin uzadılması, həmçinin bəzi heyvanların (bataqlıq qunduzu, yenot, çaqqal və s) ziyanverici olması və bu səbəbdən onların ovuna ilboyu icazə verilməsinin zəruriliyi qeyd olunub.

Qeyd olunanlar nəzərə alınaraq, respublika ərazisində ov mövsümünün müddətinin  10 mart  2016-cı il tarixinədək uzadılması və bu müddət ərzində su-bataqlıq quşlarının ovuna icazənin davam etdirilməsi, həmçinin çaqqal, bataqlıq qunduzu və yenot kimi növlərin isə ilboyu ovlanması barədə  qərar qəbul edilib.

Ovlanmış quşlar
Ovlanmış quşlar

Bununla əlaqədar vətəndaşlar onları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinə müraciət edə bilərlər.

 

Şərhlər

Çox oxunanlar