Dövlət idarəsində Azərbaycan bayrağının utancverici vəziyyəti

20.02.2016 17:59     Sosreaksiya     907

Xətai rayonu, Gəncə prospektində yerləşən "Azəristilik ASC"-nin istilik məntəqəsi bərbad vəziyyətdədir. Kənardan baxdıqda xarabalığı xatırladan bu məntəqənin qarşısında başqa bir utancverici mənzərə var.

Musavat.com xəbər verir ki, idarənin qarşısında asılan Azərbaycanın üç rəngli bayrağının vəziyyəti bibarıçı haldadır. İllərdir idarənin qarşısına asılan bayraq cırılıb, yararsız vəziyyətə düşsə də, bu hal idarə əməkdaşlarını narahat etmir.

Qeyd etdiyimiz vəziyyəti əks etdirən fotolar sosial şəbəkələrdə paylaşılıb və etiraza səbəb olub.

Dövlət idarəsində Azərbaycan bayrağının utancverici vəziyyəti -
Dövlət idarəsində Azərbaycan bayrağının utancverici vəziyyəti -
Dövlət idarəsində Azərbaycan bayrağının utancverici vəziyyəti -

xəbər-24

Şərhlər

Çox oxunanlar