Mail Yaqub: “Maşınlaşma bizi şirin ailə münasibətlərindən, ağsaqqal sözünün dühasından ayırıb”

31.05.2015 15:23     Sosreaksiya     755

Bu gün ailə münasibətlərində, ağsaqqallıq institutunda deformasiyalar yaşanır. Bəs görəsən bunun səbəbləri nələrdir? Bu deformasiyanın qarşısını almaq üçün hansı önləyici tədbirlər alınmalıdır?

Bu məsələyə açıqlama gətirən Xəzər Universitetinin Fəlsəfə və Sosiologiya Kafedrasının müdiri Mail Yaqub Reaksiya.az –a açıqlamasında bildirib ki, bunun əsas səbebi MAŞINLAŞAN HƏYAT TƏRZİdir. Ekspert qeyd edib ki, texnologiya həyatımıza o qədər əlvan rənglər qatıb ki, biz sadəcə bu əlvanlığın təsirinə düşüb, heyrətini yaşayırıq: “Soyuq, lakin cazibəli texnologiya bizi bizdən ayırıb. İnsan faktoru arxa plana kecib. Sevgi absurd olub. İndi insanlar bir-birindən artıq həzz almırlar. Hətta dialoqlar da virtual dünyada cərəyan edir. Biz hamımız əsir düşmüşük. Postmodernist filosof Fokonun təbirincə desək, BİZ HAMIMIZ HƏBSDƏYİK. Müasir həbsxana ənənəvi həbsxanadan xeyli fərqlənir. Biz özümüz bunu hiss etmirik. Lakin maşınlama bizi şirin ailə münasibətlərindən, ağsaqqal sözünün dühasından ayırıb. Nə etməli? Bir yol var. Bu yol çox çətin gediləsi yoldur, amma mümkündür onu qət etmək. Biz günün bir neçə dəqiqəsini olsa belə Özümüzə ayırmalıyıq. Axı biz insanıq, robot deyilik. Biz sevən, sevilən varlığıq. Əgər insan kimi qalmaq gözəldirsə, o zaman bu gözəlliyi əldə etmək üçün çətinliklərə dözməliyik. Axı, bütün gözəlliklər məşəqqətlə qazanır. Biz müasir dövrün həbsxanasından çıxmağa çalışmalıyıq. Ümid var hələ”...

Şərhlər

Çox oxunanlar