Bakıdakı ana ölümlərinin səbəbi açıqlandı - RƏSMİ

22.02.2016 12:36     Sosreaksiya     903

Bakının Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasında doğuşdan iki gün sonra vəfat edən Elnurə Xanəliyevanın ölüm səbəbi aydınlaşıb. Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva məlumat verib. O qeyd edib ki, həmin qadına ağır gedişli pnevmaniyadan vəfat edib.

Komissiya sədri Pirallahıdan ölan daha bir qadının isə qanaxmadan vəfat etdiyini vurğulayıb. O qeyd edib ki, həkimlər doğuşdan sonra əllərindən gələni etsə də, qanaxmanı saxlaya bilməyiblər.

L.Rzaquliyeva bildirib ki, hər iki qadın doğuşdan sonra vəfat etsə də, onların övladları sağdır və sağlamdırlar.

Şərhlər