Kütləvi dava, azərbaycanlı öldürüldü

22.02.2016 16:02     Sosreaksiya     1455

Xəsarət alan kişi xəstəxanada dünyasını dəyişib.

Ukraynada azərbaycanlı qətlə yetirilib. Hadisə ölkənin Zaporojya şəhərindəqeydə alınıb. ANS PRESS-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, şəhərin Dzerjinski küçəsində atışma olması barədə məlumat alan polis dərhal əraziyə gedib. Aparılan araşdırmalar nəticəsində hadisənin Ukrayna ərazisində yaşayan qafqazlılar arasında baş verdiyi məlum olub. Nəticədə münaqişənin 2 iştirakçısı yaralanıb. Xəstəxanaya aparılan şəxslərdən biri - 1969-cu il təvəllüdlü şəxs xəstəxanada ölüb. Həmin şəxsin azərbaycanlı olduğu müəyyən edilib.

Həlak olan şəxsin şəxsi əşyalarına baxış keçirilərkən onların arasından RQD-5qumbarası aşkar edilib.

Hazırda cinayət məcəlləsinin qəsdən ağır bədən xəsarətləri yetirmə, zərərçəkmişin ölümünə səbəb olma və silah, döyüş sursatları və partlayıcı maddələrin qanunsuz istifadəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Bir neçə gün əvvəl də Ukraynada azərbaycanlı amansızlıqla qətlə yetirilib. Hadisə Odessanın Admiral prospektində qeydə alınıb. Ərazidə yerləşən barların birinin yaxınlığında naməlum kişi bıçaqlanaraq öldürülüb. Aparılan araşdırmalar nəticəsində qətlə yetirilən şəxsin gənc iş adamı Aqşin Məmmədov olduğu müəyyən edilib. A. Məmmədov Beyləqan rayonunun 1-ci Aşıqlı kəndinə gətirilərək orada dəfn edilib.

Qətlə yetirilən azərbaycanlı Aqşin Məmmədov

 

Şərhlər

Çox oxunanlar