"Samsung" iki yeni modelini təqdim edib
22.02.2016 16:20 Sosreaksiya 2312
Yeni məhsullarda sudan müdafiə sistemi quraşdırılıb.
“Samsung” şirkəti rəsmi olaraq “S7 və S7 Edge” smartfon modellərini təqdim edib. ANS PRESS-in məlumatına görə, təqdimat mərasimi Barselonada, beynəlxalq Mobile World Congress sərgisində baş tutub.
“Galaxy S7” 5.1 düym ekrana və “Galaxy S7 Edge” isə 5.5 düym ekrana malikdir və telefonlar hər iki tərəfdən əyridizaynlı ekranı forması ilə öz əvvəlki modellərinə çox bənzəyir.
Bu cihazlar “Samsung Exynos” prosessoru vasitəsilə işləyəcək. Yeni modellərdə “MicroSD” kartları üçün xüsusi dəlik və sudan müdafiə sistemi quraşdırılıb. Bundan başqa yeni versiyada oyun texnologiyaları və zəif işıqlandırma şəraitində çəkilişlər aparmaq üçün arxa kamera təkmilləşdirilib.
Ekspertlər bildirir ki, təkmilləşdirilmiş yeni versiyanın hazırlanmasına baxmayaraq, keçmiş modellərə olan oxşarlığı satışlarda problem yaradacaq. "Çünki ilk baxışda bu modellər öz sələfləri ilə eynilik təşkil edir". Bunu texnologiya mütəxəssisi Yan Foqq bildirib.
2015-ci ilin hesabatına görə “Apple”, “Huawei” və “Xiaomi” şirkətlərində olduğu kimi satışlarda azalma müşahidə edilir. Lakin Samsung ən çox satılan brend olaraq öz adını qoruyub saxlayır.
“Samsung”un rəsmi saytında artıq yeni modellərin sifariş sayı da yer alıb. S7 modelinin qiyməti 1020 manat, “S7 Edge”in qiyməti isə 1224 manat dəyərində təyin edilib. Yeni məhsullarda üç rəng mövcuddur - "parlaq platin", "qara almaz" və "gümüşü titan".
Şərhlər