Acun İlıcalı o uşaqların səsini eşitdi - FOTOLAR

23.02.2016 11:36     Sosreaksiya     1055

Türkiyə-İraq sərhədində öz aralarında "Survivor"a oxşar oyun düzəldib proqramın rəhbəri Acun İlıcalıdan kömək istəyən uşaqlara televiziyanın məşhur simasından cavab gəlib.


Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Acun Tvitter hesabından "dostlarımız bu həftə gəlib yarış səddlərinizi hazırlayacaq" yazaraq uşaqlara şad xəbər verib.

Qeyd edək ki, Şırnakda 8-13 yaşlı uşaqlar "Məşhurlar" və "Könüllülər" qrupuna ayrılaraq yarışmaya başlayıblar. Uşaqlardan 11 yaşlı Rabiya Roza Ediş Acuna səslənərək kəndlərində oyun sahəsi qurmasını istəyib:

"Biz "Survivor"a baxıb buranı belə düzəltdik. Başqa oynayacaq oyun, park yeri yoxdur. Acun "ağabəy"dən bizə bir oyun parkı qurmasını istəyirik. Hamımız onun heyranıyıq. Kaş ki, görmə şansımız olsaydı".







Şərhlər