Bakı sakini aldığı limonaddan siçan çıxdığını deyir - VİDEO

23.02.2016 12:24     Sosreaksiya     929

Bakıda müştərilərdən biri aldığı “Mikimaus- amor” nişanlı limonad şüşəsindən siçan çıxdığını iddia edir. Bu məsələ son günlər sosial şəbəkələrdə yayılıb.

Reaksiya.info  Xezerxeber-ə istinadən xəbər verir ki, həmin limonad paytaxtın Suraxanı rayonu Oqtay Şabanov küçəsində yerləşən sexdə istehsal olunub. Sexin müdiri Mahal Yusifov bir müddət əvvəl sexin fəaliyyətini dayandırdığını deyir.

İddianın sahibi məlum olmadığı üçün onun sübutu da çətinləşib. Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev isə təsdiq edir ki, sözügedən sexdə istehsal zamanı sanitariya və gigiyena tələbləri pozulub.

Məhsulu belə vəziyyətdə istehsal edən sahibkarlar isə müəyyən miqdarda cərimələnə bilər.

Şərhlər

Çox oxunanlar