Şəkidə 6 yaşlı oğlanı ilan sancdı

03.07.2015 12:21     Sosreaksiya     1942

Şəkidə 6 yaşlı uşağı ilan sancıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə hadisə rayonun Kiçik Dəhnə kəndində qeydə alınıb.

Kənd sakini, 2009-cu il təvəllüdlü Nurlan Sənan oğlu Nəsrullayev ilan sancması diaqnozu ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı məlum olub ki, 6 yaşlı Nurlan Nəsrullayevi baldır nahiyəsindən ilan sancıb.

Uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün Bakıdakı Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Qeyd edək ki, bu yay Şəki-Zaqatala bölgəsində ilanların sayı çoxalıb. Ötən həftə də, Zaqatalada bir kişini ilan sancmışdı. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Şərhlər

Çox oxunanlar