“Bakı Univermağı” ləğv olunub
24.02.2016 10:13 Sosreaksiya 1071
Economics. “Bakı Univermağı” ASC ləğv olunduğunu elan edir.
Bu barədə “APA-Economics”əVergilər Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov 33/35 ünvanına bildirə bilərlər.
Bundan başqa, Nəsimi rayonunda yerləşən “Ruzi” ticarət mərkəzi də ləğv olunub. Kreditorlar tələblərini 28 May küçəsi, ev 17 ünvanına bildirə bilərlər.
Şərhlər