Bakıda avtobus qəzaya uğradı: - 1 ölü, xeyli yaralı var - YENİLƏNİB

24.02.2016 10:57     Sosreaksiya     1462

Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.

Bakıda sərnişin avtobusu qəzaya düşüb. APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir.

 

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından APA-ya bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.

 

APA-nın əldə etdiyi məlumata görə, qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.

Şərhlər

Çox oxunanlar