Gəncədə 63 yaşlı kişi intihar edib
24.02.2016 12:45 Sosreaksiya 1261
Gəncədə intihar hadisəsi baş verib.
Gəncə şəhər ProkurorluğundanAPA-ya verilən məlumata görə, şəhər sakini, 1953-cü il təvəllüdlü Müseyib Babacanov yaşadığı evdə intihar etmək məqsədilə sirkə turşusu içib. Nəticədə ağır vəziyyətdə xəstəxanaya çatdırılan M. Babacanov orada dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Şərhlər