Kəmaləddin Heydərov mühüm sənəd imzaladı - Dəyişiklik

24.02.2016 17:27     Sosreaksiya     2008

Fövqəladə Hallar Nazirliyi (FHN) AzDTN (dövlət tikinti normaları) 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları” barədə qərarında dəyişiklik edib.

Reaksiya.info-nun  Report-a istinadən xəbərinə görə, sənədi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov imzalayıb.

 

Sənədə görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının dövlət tikinti normaları müvafiq qaydada verilmiş tikintiyə icazə əsasında yeni bina və qurğuların inşasına, mövcud tikinti obyektlərinin yenidən qurulmasına və sökülməsinə, eləcə də ərazilərin abadlaşdırılmasına və mühəndis hazırlığına şamil olunur. Elektrikötürücü xətlər, rabitə xətləri, boru kəmərləri və digər texniki infrastruktur obyektləri, o cümlədən dəmiryolu zolağında, avtomobil yolları və digər nəqliyyat yolları üçün ayrılmış zolaqlarda bu növ obyektlər inşa edilərkən əlavə olaraq şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmalıdır.

 

Azərbaycan Silahlı Qüvvələrinin hərbi infrastruktur obyektlərinə, dövlət sirri təşkil edən obyektlərə, radioaktiv və partlayıcı maddə və materialların istehsal, emal olunduğu və saxlandığı obyektlərə, habelə atom enerjisindən istifadə sahəsində nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblərin irəli sürüldüyü obyektlərə münasibətdə dövlət sifarişçiləri və ya həmin obyektlərdə təhlükəsizliyin təmin edilməsi üzrə səlahiyyətli icra hakimiyyəti orqanları tərəfindən və dövlət satınalma müqavilələri ilə müəyyən edilmiş tələblərə riayət olunmalıdır.

 

Qaydaya edilən əlavəyə əsasən, bu AzDTN Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu və 80-ci maddələrinə əsasən tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu yaşayış evlərinə şamil edilməyək. Yəni, hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin, xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla), hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin, kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin, fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin, təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin, hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların tikintisinə aid deyil.

 

Tikinti zamanı mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.

Şərhlər

Çox oxunanlar