Kompyuterlərinizin ömrünü azaldan...
25.02.2016 11:59 Sosreaksiya 1493
Hər bir elektron cihaz kimi kompüterlərimizin da ömrü var. Bu ömrün azaldığını sürətlərini yavaşlayaraq, normaldan yüksək səs çıxararaq və ya səhv mesajları vasitəsilə müntəzəm olaraq xatırladırlar. Ancaq, bu anın vaxtından daha əvvəl baş verməməsi üçün bəzi addımları atmalı və diqqətsizlik etməyərək, kompüterinizə düzgün qulluq etməlisiniz.
Tez-tez edilən və kompüterin xarab olmasına səbəb olan 7 əsas faktoru sizə təqdim edirik:
1. Səhv havalandırma
Bütün kompüterlər işlədikləri müddət ərzində yaranan istiliyi çölə atmağa yönəlmiş havalandırma sistemlərinə və hava dəliklərinə malikdir. Ancaq bu dəliklər asanlıqla bağlana bilər. Məsələn, kompüterinizi masanın altına, divarın bitişiyində yerləşdirmək hava cərəyanını yavaşlada bilər. Laptop’ların hava dəlikləri isə altlıqlarında yerləşir. Buna görə də laptop’unuzu qucağınızda və ya yastıq kimi yumşaq səthlərdə istifadə edirsinizsə, havanın daxil olmasına mane olursunuz.
2. Toz yığılması
Bu bir çox kompüterin ömrünün azalmasına səbəb olan əsas faktorlardan biridir. Kompüterinizi tez-tez təmizləməyə və tozlu yerlərdən uzaq tutmağa çalışın.
3. Çıxan kabellər
Xüsusilə çöldəki kabellər asanlıqla boşalıb, çıxa bilərlər. PC problemlərinin əhəmiyyətli bir qismi bundan qaynaqlanır. Təchizat problemləri yaşayırsınızsa, korpus içərisindəki kabellərin ana plataya düzgün şəkildə bağlanıb-bağlanmadığına da nəzarət edin.
4. Elektrik dalğalanmaları
Elektrik dalğalanmalarının bir neçə nəticəsi ola bilər. Bu hal bəzən elektron avadanlıqlarınızın ziyan görməsinə, ən pisi isə kompüterinizin platasının yanmasına səbəb ola bilər. Buna qarşı cihazınızı qoruyan Stabilizator (Surge Protector) kimi qurğulardan istifadə edə bilərsiniz.
5. İşığın sönməsi
İşığın sönməsii həm də məlumatlarınızın itkisinə səbəb ola bilər. Bəzi hallarda sərt disk və SSD-lər də bu səbəbdən zərər görə bilər. Həlli isə kəsintisiz elektrik enerjisi istifadə etməkdən keçir -UPS kimi. Bu cihazlar bir neçə dəqiqəlik əlavə güc təmin edir və siz PC-nizi rahatlıqla söndürə bilirsiniz.
6. Fiziki zərər
PC-nizə fiziki zərər yetirməyin yaxşı bir şey olmadığını deməyə ehtiyac yoxdur. Xüsusilə laptopun harasa dəyməsi sərt diskə zərər vura bilər. Laptop üzərinə su töksəniz məlumatı itirməyə bilərsiniz, həm də nəm vaxt keçdikcə paslanmaya səbəb olaraq, diskinizi xarab edə bilər.
7. Lazımsız proqramlar
Kompüterinizi lazımsız proqramlardan təmizləmək, onu ilk günkü sürətinə qovuşdura bilər. Əvvəla istifadə etdiyiniz əməliyyat sistemi üçün təklif edilən son yenilənmələri yükləyin. Daha sonra isə istifadə etmədiyiniz bütün əlavələri və proqramları silin.
Şərhlər