Nazir Kəmaləddin Heydərov Ağsuda vətəndaşları qəbul edib
25.02.2016 14:12 Sosreaksiya 926
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 25-də Ağsu şəhərində vətəndaşları qəbul edib.
APA-nın yerli bürosunun xəbərinə görə, FHN-nin Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbula Ağsu, Qobustan, Şamaxı, İsmayıllı və Qəbələ rayonlarının sakinlərini, habelə, həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlər qəbul edilərək , müraciətlərinə baxılıb.
Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbulda müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və FHN-in fəaliyyəti ilə bağlı digər məsələlərlə bağlı olub.
K. Heydərov, eləcə də nazir müavinləri və struktur rəhbərləri tərəfindən vətəndaşların müraciətləri dinlənilib, onlardan bir qismi yerindəcə həllini tapıb.
Nazir vətəndaşların qaldırdıqları məsələlərin qanunauyğun və operativ həll edilməsi üçün əlaqədar qurumların rəhbərlərinə müvafiq göstərişlər verib.
Şərhlər