Faciə günü dünyaya gəlmiş 24 yaşlı Xocalı

25.02.2016 15:39     Sosreaksiya     807

Erməni faşistlərinin törətdikləri Xocalı faciəsinin baş verməsindən 24 il ötür.

 

Reaksiya.info  Publika.az-a istinadən xəbər verir ki, ötən əsrin ən böyük soyqırımlarından biri olmuş Xocalı faciəsini adı ilə yaşadan insan da var.

 

1992-ci ilin dəhşət dolu 26 fevralında Azərbaycan xalqı Xocalı faciəsini yaşayan günü Şəkinin Baş Göynük kəndində İsmayılovlar ailəsində dünyaya bir körpə göz açır. Bütün ölkə yasa və kədərə qərq olunduğu gün İsmayılovlar ailəsi bu körpənin sevincini ürək dolusu yaşaya bilmirlər.

 

Xalqın kədəri ilə hüznə bürünmüş ailə, yeni doğulan körpəyə 10 gündən sonra ad qoya bilir. İsmayılovlar ailəsi bu ağır gündə dünyaya gəlmiş oğlan övladına elə həmin faciəni yaşamış, yer üzündən silinmiş xocalılıların xatırəsinə Xocalı adı qoyurlar. Bununla da İsmayılovlar ailəsi millətin faciəsini, ağrı-acısını ömürlük olaraq öz ailələrinin yaddaşına yazaraq yaşatmağa qərar verirlər.

 

Qeyd edək ki, İsmayılov Xocalı Müşfiq oğlu hazırda respublikamızın aparıcı şirkətlərindən birinin Şəki ofisində çalışır.

Şərhlər

Çox oxunanlar