Səfir müavini saxta diplom almaq üçün rüşvət verib

26.02.2016 10:21     Sosreaksiya     846

Azərbaycanda təmsil olunan xarici ölkə səfirinin müavini saxta diplom almaq üçün rüşvət verib.

Reaksiya.info-nun "Qafqazinfo"ya istinadən xəbərinə görə, həmin şəxs Küveyt səfirinin müavini Faisal Almatairi olub.

 

Küveyt vətəndaşı, 1972-ci il təvəllüdlü F.Almatairi özü Polis Bölməsinə ərizə ilə müraciət edərək bu barədə məlumat verib.

 

O bildirib ki, 2015-ci ilin dekabr ayında Bakı Dövlət Universitetinin qarşısında tanışı ilə görüşərək ona pul verib. Səfir müavini deyib ki, Bakı Dövlət Universitetindən magistr dərəcəsi diplomu almaq üçün həmin tanışı, 1982-ci il təvəllüdlü Azad Əhmədova 2500 ABŞ dolları verib.

 

Lakin F.Almatairinin "diplom işi" alınmasa da, A.Əhmədov onun pulunu qaytarmayıb.

 

Müraciətlə bağlı Nəsimi RPİ-də araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar