Bakı məktəbində valideyn müəlliməni döyüb?

26.02.2016 13:06     Sosreaksiya     1402

70 yaşlı müəllimənin Səbail rayonundakı məktəbdə döyüldüyü iddia edilirdi.

Bakıda valideynin orta məktəb müəlliməsini döyməsi barədə yayılan məlumatlara rəsmi açıqlama verilib. Bakı şəhər Təhsil İdarəsinin beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tahirquliyeva ANS PRESS-ə məlumat verərək belə bir hadisənin olmadığını deyib. 

"189 nömrəli məktəb haqqında yazılan xəbərlər həqiqətə uyğun deyil. Bundan başqa, demək istəyirəm ki, xəbərlərdə adı çəkilən Yelena İbadova adında müəllim isə ümumiyyətlə bu məktəbdə işləmir", - deyə Arzu Tahirquliyeva bildirib.

"Səbail rayonu 189 nömrəli məktəbdə Yelena İbadova adında müəllimə işləmir"

Səbail rayon 9-cu polis bölməsində də 189 nömrəli məktəb haqqında bölməyə heç bir şikayətin daxil olmadığı və bu barədə araşdırma aparılmadığı deyilib.

Ötən gün sosial şəbəkələrdə  N.Rəfibəyli küçəsi, 13 ünvanında yerləşən 189 saylı orta məktəbdə kimliyi dəqiqləşdirilməyən valideynin xuliqanlıq zəminində orada müəllimə işləyən Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Yelena Murad qızı İbadovanı döydüyü haqqında məlumatlar yayılıb.

Məlumatlarda o da qeyd olunub ki, faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində araşdırma aparılır.

Ümumiyyətlə, son bir neçə ay ərzində məktəblərdə yaranmış vəziyyət heç də ürəkaçan deyil. Belə ki, il girər-girməz - yanvarın 14-də Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin 8-ci sinfində tarix müəllimi İdris Hüseynovun şagirdi tənqid edərək döydüyü video yayılıb. Məsələ ictimailəşdikdən sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İdris Hüseynov Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi vəzifəsindən azad edilib.  

Yanvarın 25-də isə Azərbaycanda müəllim zorakılığını əks etdirən daha bir video yayılıb. Abşeron rayonu, Xırdalan şəhəri 9 nömrəli məktəbdə ibtidai sinif müəllimi dərs başa saldığı qız şagirdin başına vurur. Daha sonra onu təhqir edərək yerinə oturmasını deyir. Müəllimə heç bir cavab verməyən balaca qız sakitcə parta arxasına keçir. Həmin hadisəni kənardan şagirdlərdən biri videoya çəkib. Həmin videonu sizə təqdim edirik:

Məsələni araşdıran Təhsil Nazirliyi məktəbin direktoruna xəbərdarlıq edib, müəlliməyə isə şiddətli töhmət verilib.

 

Şərhlər

Çox oxunanlar