“Həsrət Yolu” Xocalı qurbanlarını andı
26.02.2016 15:37 Sosreaksiya 1036
Bu gün “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı anım tədbir keçirilib.
Birlikdən verilən məlumata görə, tədbirdə çıxış edən təşkilatın sədri Esmira Orucova bildirib ki, Xocalı soyqırımından 24 il ötməsinə baxmayaraq, faciənin izləri hələ də xocalıların yaddaşında qalmaqdadır. Onun sözlərinə görə, ermənilər Xocalıda yerli əhaliyə qarşı insanlığa sığmayan vəhşiliklər ediblər:
“Onlar silahsız insanlara qarşı qətliam törədib və uşaqlara, qadınlara, ahıl insanlara aman verməyiblər. Xocalılar hələ də əsir və girovluqda olan, eyni zamanda itkin düşən yaxınlarının yolunu gözləyir. Təəssüflər olsun ki, ermənilər bu günədək onlar haqqında məlumat verməkdən imtina edir. Azərbaycan dövləti bütün beynəlxalq təşkilatlara azərbaycanlı əsir, girov və itkinlərlər bağlı dəfələrlə çağırışı etməsinə baxmayaraq, bu insanlar hələ də ermənilərin zülmü altındadır. Ermənistan bu addımı ilə əsir, girov və itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konvensiyaları ayaqlar alıtna alır”.
Tədbirin sonunda əsir, girovluqdan qayıdan şəxslərə, o cümlədən əsir, girov və itkin düşmüş insanların ailə üzvlərinə ərzaq məsullarından ibarət bağlamalar paylanılıb.
(Teleqraf.com)
Şərhlər