"Telekanallar Xocalı faciəsinin ildönümünə həssas yanaşırlar"

26.02.2016 16:19     Sosreaksiya     859

"Müşahidələr göstərir ki, Azərbaycan telekanalları müasir tariximizin qan yaddaşı olan Xocalı faciəsinin 24-cü ildönümünə həsasslıqla yanaşırlar".

Reaksiya.info  xəbər verir ki, bunu "Report"a Milli Televiziya və Radio Şurası (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin rəhbəri Təvəkkül Dadaşov bildirib.

Onun sözlərinə görə, 26 fevral tarixi rəsmi matəm günü olmadığından, telekanalların konkret öhdəlikləri yoxdur: 

"Amma müşahidələr göstərir ki, televiziya kanallarımız qanlı Xocalı faciəsinin ildönümünə xüsusi həssaslıqla yanaşırlar. Bütün kanallarda faciəyə həsr olunmuş verilişlər, tok-şoular yayımlanır, tarixi faciəni özündə əks etdirən sənədli filmlər, bədii filmlər nümayiş olunur". 

Şərhlər

Çox oxunanlar