Qayınlarını güllələyən şəxs şəhid atası imiş - VİDEO

27.02.2016 13:39     Sosreaksiya     1443

Fevralın 25-də Kürdəmir rayonu Toplahəsənli kəndində silahlı insident törədən Məhəmmədəli Abdullayev 30 iyul 2013-cü ildə Ermənistan silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuş Kainat Məhəmmədəli oğlu Abdullayevin atasıdır.

 

Axar.az-ın əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü şəhid Azərbaycan Ordusunun giziri  olub.

 

Məhəmmədəli Abdullayevin oğlu şəhid olandan sonra yeni körpəsi dünyaya gəlib.

 

Qeyd edək ki, fevralın 25-də Kürdəmir rayonu Toplahəsənli kənd rayon sakini Məhəmmədəli Abdullayev qayınları Natiq və Raqif Dəmirova ov tüfəngindən açdığı atəşlə xəsarət yetirib.

 

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar