Hacıqabulda yol qəzası: - 6 yaralı

27.02.2016 15:55     Sosreaksiya     1264

Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində “KİA Sportage” markalı, 90-LP-010 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq dəmir səddə çırpılıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza nəticəsində Bakı şəhər sakinləri - 1986-cı il təvəllüdlü Yusifova Ayxan Xəyal qızı, bacısı 1985-ci il təvəllüdlü Seyidova Xəyalə Xəyal qızı, 2006-cı il təvəllüdlü Yusifova Zərifə Azər qızı, qardaşı 2007-ci il təvəllüdlü Yusifov Süleyman Azər oğlu,  onların qohumları - 1976-cı il təvəllüdlü Əliyeva Sədaqət Knyaz qızı, 1964-cü il təvəllüdlü Musayeva Yeganə Cəlal qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.   

 

Şərhlər

Çox oxunanlar