Mənzildə 21 yaşlı qızın meyiti tapıldı - Ağdamda

27.02.2016 19:38     Sosreaksiya     1117

Ağdamda mənzildə meyit tapılıb.

Reaksiya.info-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Yuxarı Yüzbaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əliyeva Pəri Məzahir qızının meyiti ailəsi tərəfindən hamamda aşkarlanıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. 

Hazırda araşdırma aparılır. 

Şərhlər

Çox oxunanlar