İş adamlarının atası gölməçədə boğularaq öldü - Salyanda

27.02.2016 20:48     Sosreaksiya     1327

Bu gün axşam saatlarında Salyan rayonunun Şorsulu kəndində 81 yaşlı kənd sakini Əhmədov Ağaqasım Əbilqasım oğlu piyada gedərkən yolun kənarındakı gölməçəyə yıxılaraq boğulub.

reaksiya.info xəbər verir ki, virtualaz.org-a kənd sakinlərinin verdikləri məlumata görə, Ağaqasım Əhmədovun 2 oğlu Rusiyada uğurlu iş adamlarıdır. Onlar həm də kənddəki “Qardaşlar” şadlıq evinin sahibidirlər.

Faktla bağlı Salyan Rayon Prokrorluğunda araşdırmalara başlanılıb. 

Şərhlər

Çox oxunanlar