Yatan zaman hansı dua və zikrləri oxumaq məsləhətdir?

28.02.2016 21:57     Sosreaksiya     1398

Bu dünya onu ilk görənlər üçün ləzzət və xoşluqlar içində görünsə də, ancaq yaxşı baxan üçün aydın olar ki, heç də belə deyildir. Bu dünyanın çətinlikləri və əziyyətləri xoşluqlarından daha çoxdur.

Reaksiya.info deyerler.org-a istinadən bildirir ki, bu dünya başdan-başa maddiyyatla doludur. Ancaq dünya nə sərvət tanıyır, nə vəzifə, nə şəxsiyyət, nə də yaş və cinsiyyət. Hər kəsi müsibət atəşi ilə yandırıb, közə çevirir. Heç kəsə rəhm etmir.

İnsan bu çətinliklərdən həll yolunu axtarır. Allah bizlərlə Öz rəsullarının (ə) vasitəsilə həll yolunu tanıtmış və onlardan istifadə yolunu öyrətmişdir.

Bu göstərişlərin hamısının kökündə Allahı yada salmaq durur. Allahın Peyğəmbəri (s) çətinliklərdən çıxmaq üçün bizə ən sərfəli yolları tanıtmışdır. Bu, elə yoldur ki, bizi tez bir zamanda məqsədimizə çatdırar. (Tebyan)

İmam Rza (ə) buyurur: "İki qardaş Peyğəmbərin (s) xidmətinə gəlirlər və deyirlər: "Biz ticarət üçün Şama getmək istəyirik. Bizə özümüzü qorumağın yollarını öyrədin".

Həzrət (s) onlara buyurur: "Nə zaman istirahət etmək üçün endiniz və işa namazını qıldınız və namazdan sonra yatağınıza uzandınız ilk olaraq, Həzrət Fatimənin (s.ə) zikrini və sonra "Ayətül-kürsü"nü oxuyun. Sübhə qədər hər şeydən amanda olacaqsınız".

Yolda bir dəstə oğru onları təqib edir. O zaman ki, gecə istirahət üçün yüklərini endirirlər, oğrular onların oyaq olub-olmadığını yoxlamaq üçün nökərlərini casusluğa göndərirlər. Nökər onlara gəlib çatan zaman bu qardaşlardan biri yatağa uzanıb təsbih və ayələri deməklə məşğul olur. Oğruların casusu qabağa gəlir və görür ki, qarşısında uca bir divar ucalmışdır. Nökər bu iki divarın ətrafını fırlanır, ancaq içəri girmək üçün yol tapmır. Qayıdıb oğrulara deyir: "And olsun ki, iki divardan savayı heç nə görmədim".

Oğrular ona inanmır və deyirlər: "Xar və zəlil ol! Sən yalan deyirsən. Sən qorxaqsan".

Ona görə də özləri qalxıb, həmin iki qardaşın karvanına tərəf gedirlər. Onlar da iki uca divardan savayı heç nə görmürlər. Divarı fırlanırlar və heç kəsi görmürlər. Ümidsiz halda öz yerlərinə qayıdırlar.

Səhər olan zaman onların yanına gəlib deyirlər: "Dünən gecə harada idiniz?".
Dedilər: "Elə burada".

Oğrular deyir: "Allaha and olsun ki, biz gəldik və burada iki divardan savayı heç nə görmədik. Bizə deyin görək, bunun səbəbi nədir?".

Deyirlər: "Həzrət Peyğəmbərin (s) yanına getmişdik. Ondan bizə bir şey öyrətməsini istəmişdik. Peyğəmbər (s) də bizə yatmazdan əvvəl Həzrət Zəhranın (s.ə) təsbihini deməyi və "Ayətül-kürsü"nü oxumağı öyrətdi. Biz də onları dedik".

Oğrular dedi: "Gedin və rahat olun. Allaha and olsun ki, sizi bir də təqib etməyəcəyik. Heç bir oğrunun əli sizə çata bilməz"".

Bəli, bu iki böyük açar ki, biri Qurandır və o birisi isə Peyğəmbərin (s) əziz qızına öyrətdiyi zikrdir - çox sayda bağlı qapıları açmışdır. Çox düyünlərin açılmasına səbəb olmuşdur.

Şərhlər

Çox oxunanlar