Azər Həsrət: “125 deputatdan 20-25-i millət vəkili kimi gözə dəyir” - MÜNASİBƏT

31.05.2015 19:42     Sosreaksiya     1257

Məlum olduğu kimi bu il ölkəmizdə parlament seçkiləri keçiriləcək. Millət vəkili seçilmək istəyənlər seçiciləri ilə görüş keçirəcək, müəyyən vədlər verəcəklər. Bəs, millət vəkili seçiləndən sonra?... Nə dəyişəcək? Ümumiyyətlə, hansı özəlliklərə sahib olan insanlar millət vəkili seçilməlidir? Ya da millət vəkillərinin özəllikləri necə olmalıdır? Bu kimi suallara hər partiyanın, hər namizədin, hal – hazırda Milli məclisdəki millət vəkillərinin, intellektualların, hətta hər bir  vətəndaşın verə biləcəyi özünəməxsus cavabı var. “Reaksiya.az” olaraq daim sizlərə millət vəkillərinin sahib olmalı olduqları özəllikləri cəmiyyətin fərqli təbəqəsindən olan insanların dili ilə çatdıracağıq. Görəsən, ictimaiyyət nümayəndələri necə düşünürlər: millət vəkili hansı dəyərlərə sahib olmalıdır?

Sualla mürciət etdiyimiz CASCFEN sədri Azər Həsrət bildirib ki, təəssüf, bugünkü Milli Məclisdə gerçək millət vəkili obrazına uyğun olanların sayı həddən artıq azdır: “Faktiki olaraq 125 deputatdan ən yaxşı halda 20-25-i millət vəkili kimi gözə dəyir. Yerdə qalanlar isə ya gözə dəymir, ya da pis əməllərinə görə diqqət çəkir. Ona görə də düşünürəm ki, builki seçkilərdə doğrudan millət vəkili olacaq insanların seçilməsinə çalışmaq lazımdır.

Millət vəkilinin obrazına gəlincə, əlbəttə ki, bir millət vəkili öz əməllərilə, davranışlarıyla başqalarına örnək olmalıdır. Bundan başqa, çevik olmalı, özəlliklə də Azərbaycanı beynəlxalq səviyyədə uyğun şəkildə təmsil edəcək bacarıqlara sahib olmalıdır.

Belə millət vəkilləri nə qədər çox olarsa, Azərbaycanın problemləri də bir o qədər tez həll edilə bilər”.

 

Z.Səməd

Şərhlər

Çox oxunanlar